Azərbaycan şahmatçısı, 2013-cü il üzrə dünya çempionu Şəhriyar Məmmədyarov Özbəkistanın paytaxtı Daşkənddə Əmir Teymurun 680 illiyinə həsr olunmuş beynəlxalq şahmat turnirin qalibi olub. sabahinfo.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, o, 8 balla 20 min dollar pul mükafatına layiq görülüb.
2009-cu il Dünya Kubokunun qalibi Boris Qelfand (İsrail) isə 6 balla 12 min dollıar pul mükafatına layiq görülüb. Digər iştirakçılardan sabiq dünya çempionu Ruslan Ponomaryov (Ukrayna) 5 balla 8 min dollar, Rüstəm Qasımcanov (Özbəkistan) 5 balla 10 min dollar pul mükafatına layiq görülüb. Hər iki şəxs turnirin bürünc medalını qazanıblar.
Turnir Özbəkistanın Mədəniyyət və İdman Nazirliyi və Respublika Şahmat Federasiyası tərəfindən təşkil olunmuşdü.
Qeyd edək ki, Daşkənddə Əmir Teymurun 680 illiyinə həsr olunmuş beynəlxalq şahmat turniri oktyabrın 16-da start götürmüşdü.