Dünyada neftin qiymətinin aşağı olduğu bir vaxtda Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri maraqlı açıqlama ilə çıxış edib.
Sabahinfo.az-ın "qafqazinfo”ya istinadən xəbərinə görə, CNBC televiziyasına açıqlama verən nazir Əli Əl Naimi neftin qiymətinin gələcək taleyi ilə bağlı danışıb: "Heç kim neftin qiymətini müəyyən edə bilməz. Neftin qiymətinin taleyi Allahın əlindədir. Sanksiyaların aradan qaldırılması ilə bağlı İranın bazara daxil olmasından heç bir narahatlıq keçirmirəm. İranın bazara çıxışı qiymətlərin aşağı düşməsinə səbəb ola bilər”.
Naimi həmçinin, İranın neft hasilatını artırmasından da narahat olmadığını ifadə edib.