Sevgi etirafi

Sevgi etirafi

Qanın niyə qaradı, Gəlim təsəllin olum? Aç gözünü, Aç gözünü mənə bax, Sənin gözəlin olum? Sən istəsən, Mən istəsəm, kimə nə? Kimin gücü çatır, saxlasın bizi. Gəl aya, ulduza xəbər göndərək, Adaxlasın bizi. Ürəyimin əzizi, Ürəyini tanıyıram, bilirəm. Gözlərini dəmir qapı kimi Döyürəm bayaqdan. Aç gözünü, Ürəyinə gəlirəm.