Gülzar İbrahimovanı nağılçı nənə kimi tanıyanlar əlbəttə, belə başlığı görəndə təəccüblənəcəklər. Nağılçı hara, mahnılar hara... Bəli, Gülzar xanımın hazırda 50-dən çox mahnısı var. Onların çoxu müəllifin “Sehrli Dünya” Youtube kanalında yüz minlərlə, hətta bir neçəsi milyonlarla baxış toplayıb.
Nağılları ilə uşaqları maarifləndirən, əyləndirən, sevindirən uşaqların Gülzar nənəsi mütəmadi balaca balalara gözəl-gözəl mahnılar da yazır. O, əvvəlcə şeri yazır, sonra onları bəstəkarlara verib şerə mahnı yazdırır, daha sonra mahnını aranjeman elətdirəndən sonra mahnı hazır olur. Növbəti mərhələdə Bənövşə uşaq xorunun istedadlı uşaqları və ya Azəri inciləri qrupu mahnını ifa edirlər. Sonuncu mərhələdə hazır mahnı Gülzar İbrahimovanın yaratdığı “Sehrli Dünya” Youtube kanalında paylaşılır. Bəzən isə Gülzar xanım öz şerinə internetdə olan xüsusi proqramlarla özü mahnı yazır. Həmin mahnılar uşaqlar tərəfindən sevilir, dinlənilir: “Gizlənpaç”, “Dünya sən çox gözəlsən”, “Şirin nənəm”, “Yay gəldi”.
Gülzar xanım Oqtay Rəcəbov kimi, Arzu Abbasova, Elşən Nicat kimi məhşur bəstəkarlarla işləyir, nəticədə gözəl mahnılar yaranır. Aliyə Sabirqızı kimi gənc, istedadlı bəstəkarların da mahnıları uşaqları sevindirir.
Böyük sənətkar Oqtay Rəcəbov sözləri Gülzar İbrahimovaya məxsus “Sərçə və qar”, “Nağıllar” şerinə gözəl musiqi bəstələyib. Sərçə və qar”, mahnısı öyrədici və maarifləndiricidir, sözləri belədir:
Baxın sərçəyə,
Boranda, qarda,
Ayaqqabısız,
Gəzir bayırda...
***
Görəsən donmur?
Hələ üstəlik ,
Mahnı oxuyur,
Cik, cik, cik, cik, cik
***
Babam deyir o,
Nəsihət edir,
Düz yol göstərir,
Hamıya deyir:
***
Bayıra çıxın,
Çox gözəldi qar,
Çıxın oynayın,
Qarda uşaqlar!
***
Qardan qorxmayan
Xəstəlik tapmaz
Qarda oynayan
İynə vurdurmaz!
***
Mahnıya bu linkdə qulaq asmaq olar: https://www.youtube.com/watch?v=DcJ9yW42xcA&list=RDDcJ9yW42xcA&start_radio=1
Uşaq musiqi aləmində Gülzar İbrahimovanın ən çox uğur qazanmlş mahnılarından “Sülh Nəğməsi”, “Ana dilim”, “Yay gəldi”, “Bağçamız”, “Sağ ol, ey Vətən”, “Gözəl Bakım”, “Yağsana qar”, “Dünya, sən çox gözəlsən”, “Gizlənpaç”, “Olmaz”, “Layla”, “Nənə, mənə nağıl danış”, “Böyüyəm mən”, “Nağıllar”, “Şirin nənəm”, Atam, anam və Mən”, “Sevimli ana”, “Kloun”, “Dünya gözəldir”, “Mən görməmiş deyiləm” “Sərçə və qar”, “Mən görməmiş deyiləm”, “Sərçə və qar”, “Bağban və Dovşan”, «Yalan deyil Şaxta baba”, “Dünya gözəldir” və başqaları uşaqların sevimli mahnılarına çevrilib.
Gülzar İbrahimovanın ən uğurlu mahnılarından biri “Sülh nəğməsi” mahnısıdır. Müəllifin sülhə aid çox şeri var. Dediyinə görə o, hər dəfə iyunun 1-də - Beynəlxalq Uşaq Günündə uşaqlarla görüşə gedəndə əliboş getmir, sülhə aid təzə şer yazır, uşaqlara hədiyyə aparır. Müəllifin tədbirlərdə ən çox əzbər söylənən sülhə aid şerləri bunlardır: “Sülh nəğməsi”, Dünyaya sülh”, “Sülhə salam”, “Sülh gəmisi”.
Şair xanımın ən çox dinlənilən, izlənilən, sevilən mahnısı da sülhə aiddir. “Sülh nəğməsi”. İlk dəfə “Sülh nəğməsi” şerinə musiqini dünyaca tanınmış Azərbaycan bəstəkarı Arzu Abbasova yazıb. Musiqini bəstələyəndə onun o vaxt cəmi 15 yaşı vardı. Əsər simfonik orkest üçün yazılmışdı.
“Sülh nəğməsi” 12 il bundan əvvəl yazılmasına baxmayaraq, hələ də sevilir, dinlənilir. “Sehrli Dünya” Youtube kanalında və digər kanallarda bu mahnıya milyonlarla baxış sayı var.
https://www.youtube.com/watch?v=YSvfcHjwB4s&list=RDYSvfcHjwB4s&start_radio=1
https://www.youtube.com/watch?v=enWWIFKQ0Ek&list=RDenWWIFKQ0Ek&start_radio=1
https://www.youtube.com/watch?v=wEEluNEJpqA&list=RDwEEluNEJpqA&start_radio=1
“Sülh nəğməsi” mahnısının sözləri tanınmış Bəstəkar Elşən Nicatın da ürəyindən xəbər verdiyindən, ikinci dəfə o da bu şeirə mahnı yazıb. Həmin mahnı da uşaqların, müəllimlərin xoşuna gəlib.
Müəllifi Gülzar İbrahimova, bəstəkarı Elşən Nicat olan “Sülh nəğməsi” mahnısına 1 İyun Beynəlxalq Uşaq Bayramında çox məktəbdə bu mahnıya rəqs qurulur, uşaqlar tərəfindən sevilə-sevilə ifa edilir. Bu linkdə izləmək olar:
https://www.youtube.com/watch?v=04ZVePV_Fn8&list=RD04ZVePV_Fn8&start_radio=1
https://www.youtube.com/watch?v=1SSj_OE6vvk&list=RD1SSj_OE6vvk&start_radio=1
“Sülh nəğməsi” mahnısının sözləri belədir:
Dünyanın uşaqları,
Gəlin əl-ələ verək!
Ən hündür bir zirvədə,
Sülh bayrağı yüksəldək!
***
Sülh bayrağı dalğalansın
Hər tərəfə sülh yaysın,
Dünyadakı balalara
Sevincdən pay ayırsın!
***
Qoy dünyadakı uşaqlar
Həmişə gülsün, sevinsin,
Nə arzu etsə balalar,
Yerinə yetsin arzular!
Gülzar İbrahimovanın ən çox izlənəlinən mahnılarından biri də “Ana dilim” mahnısıdır ki, mahnı bir ildir ərsəyə gəldiyinə baxmayaraq çox tanınır və sevilir. Onu həm ibtidai siniflər, həm də yuxarı sinif şagirdləri, xor şəklində həvəslə ifa edirlər. “Ana dilim” mahnısının sözləri belədir:
Mənim bir gözəl yurdum,
Çox mehriban elim var,
Danışanda bal dadan,
Azərbaycan dilim var!
Mənə doğma, mənə əziz,
Azərbaycan dilim var...
***
Dilim Nizami dili,
Fizuli qəzəlidir,
Dilim Dədə Qorqudun,
Kecmişi, əzəlidir.
***
Həm də Ata-Anamın,
Məni sevdiyi dildir,
Mənim doğma dilimdir,
Azərbaycan dilimdir!
***
Var min illik tarixim
Nağılım, dastanım var,
Tükənməyən sərvətim,
Azərbaycan dilim var.
Mənə doğma, mənə əziz,
Azərbaycan dilim var.
“Ana dilim” mahnısının sözləri Gülzar İbrahimovaya, Musiqisi Elşən Nicata məxsusdur. Sözlər musiqi ilə birlik təşkil edir. Bəstəkar musiqini sevə-sevə bəstələdiyi hiss olunur. Milli ruh musiqiyə şirinlik qatıb. Mahnı məktəblərdə o qədər ifa edilir ki, mahnının az bir vaxtda, “Sehrli Dünya” uşaq kanalında sözsüz ki, milyonlarla baxış toplamaq şansı var.
Gülzar İbrahimovanın daha bir mahnısı var ki, bağça müəllimləri və uşaqları bu mahnını çox sevir və öyrənib oxuyurlar. Elə bir bağça yoxdur ki, həmin mahnını bilməsin, uşaqları onu ifa etməsin. O, “Bağçamız” mahnısıdır. Mahnı xitə çevrilib. Mahnının linkindən başqa internetdə sadəcə “Bağçamız” yazmaqla həmin mahnıdan nə qədər bağçaların faydalandığını görə bilərik. Təkcə “Sehrli Dünya”nın Youtube kanalında “Baxçamız” mahnısına baxış sayı 1 milyon 700 mindir.
https://www.youtube.com/watch?v=U648UzumvzM&list=RDU648UzumvzM&start_radio=1
https://www.youtube.com/watch?v=kEp76PmUP84&list=RDkEp76PmUP84&start_radio=1
Növbəti uğur qazanmış mahnılardan biri də “Yağsana qar” mahnısıdır ki, onun da sözləri nəğməkar şair Gülzar xanıma, musiqisi Elşən Nicata məxsusdur. İfa Azəri inciləri qrupunundur. Mahnının sözləri uşaqların ürəyincə olduğundan Youtube kanalında təkcə bir kanalda milyonlarla baxış toplayıb. Mahnını 50 -yə qədər sayt və kanal paylaşıb. Yeni il bayramlarında bayrama hazırlaşan şagirdlər xor ilə, sevə-sevə, mütləq bu mahnını ifa edirlər. Mahnının sözləri belədir:
Şaxta baba bilirsən,
Səni necə sevirik,
Səni hər Yeni ildə
Həsrətlə gözləyirik...
***
Amma ki Şaxta baba,
Həsrət qalmışıq qara.
Bilmirik gedək hara,
Qartopu oynamağa...
***
Gələndə bizə çoxlu,
Qırmızı torba dolu,
Qar və buz gətirərsən,
Bizi sevindirərsən..
***
Gözləyirəm yağmır qar,
Heç qarsız da qış olar?
Həsrətdədi uşaqlar,
Nə olar, yağsana Qar!
***
Amma ki Şaxta baba,
Həsrət qalmışıq qara,
Bilmirik gedək hara,
Qartopu oynamağa.
***
Gələndə bizə çoxlu,
Qırmızı torba dolu,
Qar və buz gətirərsən,
Bizi sevindirərsən.
***
Şaxta baba tez gəl baba,
Qar qızı da gətir baba,
Bizə çoxlu torba dolu,
Çoxlu qar gətir baba.
Mahnının bi neçə linkini təqdim edirik: https://www.youtube.com/watch?v=y8qhxWH3wSk
https://www.youtube.com/watch?v=jb6zCHTSTig
https://www.youtube.com/watch?v=PG3TDPu98Eg
Artıq neçə illərdir ki, balalarımız gözəl uşaq mahnılarına həsrət qalıb. Bəstəkarlar uşaqlar üçün mahnı yazmaq istəmir. Çünki, dedikləri kimi uşaq mahnıları qazanc gətirmir. Gülzar xanım isə uşaqlara sevgidən bu çətin işin altına girib. Yeri gələndə şeir yazır, yeri gələndə mahnının başa gəlməsi üçün studiya, aranjeman xərclərini də qarşılayır ki, balalarımız gözəl mahnılar eşitsinlər, onlarda musiqi zövqü uşaq yaşlarından formalaşsın.
Uğurlar arzulayaq Gülzar xanıma, balalarımıza gözəl nağıllar, hekayələr, şeirlər, və mahnılar yazdığına görə. Balalarımıza da xoş günlər arzu edək. Qoy uşaqlarımız gözəl mahnılarla xoşbəxt böyüsünlər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.