Sevil Əliyeva təsdiq etdi: - “Oğluma Azərbaycanda vəzifə verilib”

Sevil Əliyevanın oğlu Azər Əliyev Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti təyin edilib.

sabahinfo.az  xəbər verir ki, bu barədə məlumatı Azvision.az saytı yayıb.

Sonradan Sevil Əliyeva özü Virtualaz.org saytına bu xəbəri təsdiqləyib.

O bildirib ki, Azər Əliyev Azərbaycana köçmək qərarı verib.

"O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”, - Sevil Əliyeva deyib.

Sevil Əliyeva həmçinin bildirib ki. 30 yaşlı Azər Əliyev babasının – ümummilli lider Heydər Əliyevin evində yaşayır.