Şeyxdən Kirillə: Bir qardaş kimi... – Video

Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

Report-un məlumatına görə, Müqəddəs Danil monastırında baş tutun görüşdə çıxış edən Şeyxülislam qarşılıqlı münasibətlərdən danışaraq Patriarxa qardaş deyə müraciət edib.

O qeyd edib ki, Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi Kirillin sayəsində dini konfiliktə keçmədi:

"Bu işdə sizin rolunuz danılmazdır. Buna görə sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından təşəkker edirəm. Və bu problemin həllində əlinizdən gələni edəcəyinizə inanırm" - deyə Paşazadə bildirib. Şeyxulislam, həmçinin, Moskvada Azərbaycanlılar üçün məsçid inşa olunması üçün də Rusiya patriarxına müraciət edib:

"Sizdən xahiş edirəm ki, bir qardaş kimi Moskvada azərbaycanlılar üçün məscid tikmək üçün yer ayrılsın. Bu bizim münasibətlərin inkişafına təkan verəcək”.

Görüş davam edir. Görüşün sonunda mətbuata açıqlama veriləcək.

***

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanın Rusiyadakı səfirliyində azərbaycanlılar ilə görüşüb.

Əvvəlcə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin səfirlikdə barelyefi önünə gül dəstələri qoyulub.

Azərbaycanlı icmaların nümayəndələri ilə baş tutan görüş zamanı səfir Polad Bülbüloğlu Şeyxülislamı Moskvada, Azərbaycan səfirliyində salamlayaraq, son zamanlar Moskvada Azərbaycan məscidi ətrafında baş verən problemlərə toxunub, problemin həlli yolları barədə müzakirə aparılaçağını bildirib. Allahşükür Paşazadə isə məscid məsələsini hər zaman diqqət mərkəzində saxladığını bildirib: "Mən Moskvaya gəlməmişdən əvvəl Rusiya patiriyarxı Kirillə, Moskva meri Serqey Sobyaninə müraciət etmişəm. Bu gün Patriarx Kirillə görüşdə azərbaycanlılara məscid inşa etmək üçün yer ayrılmasını da xahiş etdim. Düşünürəm ki, nə baş verirsə bu yaxşılığadır. Biz səfirlə bərabər sizə söz veririk ki, bu məsələnin həlli üçün əlimizdən gələni edəçəyik” ”-deyə, Şeyxülislam bildirib.

Görüş qarşılıqlı müzakirələr ilə davam edib.