Şimali Koreya kosmosa peyk buraxmaq üçün raket mühərrikini uğurla sınaqdan keçirib.
Sabahinfo.Az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreyanın rəsmi mediası məlumat yayıb.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In alim və mühəndislərə ən qısa müddətdə kosmosa peyk buraxmağı tapşırıb. Məlumatda bildirilib ki, buna görə də Pxenyan yaxın müddətdə daha bir raket mühərrikinin sınağını həyata keçirəcək.
Bu arada Şimali Koreyanın beşinci nüvə testinə cavab olaraq ABŞ və Çin BMT-də əməkdaşlıqlarını artırmağa razılaşıblar. Reuters agentliyinin məlumatlarında bildirilib ki, ABŞ və Çin rəsmiləri Şimali Koreyanın sınağına cavab olaraq potensial BMT sanksiyaları qətnaməsini müzakirə etməyə başlayıblar.