Sorğu: Klinton Trampı 2 faiz qabaqlayır

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 2% qabaqlayır.

sabahinfo.az-ın "Reuters" agentliyinə  istinadən verdiyi xəbərə görə, "Morning Consult"  şirkəti tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 40 faizini toplaya bilər.
 
Rəy sorğusu sentyabrın 15-16 keçirilib.
 
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.