Suriyada yerli vaxtla saat 00:00-da atəşkəs rejimi qüvvəyə minib.
Trend-in TASS-a istinadən verdiyi xəbər görə, Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında əldə edilmiş razılaşmaya uyğun olaraq Qurban Bayramı ilə əlaqədar 48 saatlıq atəşkəs elan edilib.
Atəşkəs rejiminin daha uzun müddətə uzadılacağı gözlənilir.