Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə məşhur türkiyəli müğənni Tarkan Bakıda azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.
Bu barədə Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
Onun sözlərinə görə, Tarkan Bakıda 23 iyun tarixində çıxış edəcək:
"Bilet alan insanlar üçün konsert proqramı olacaq. Onlar Tarkanın ən sevilən və yeni albomundan olan mahnılarını dinləyəcəklər. Tarkan tam konsert proqramı ilə 2 saat səhnədə çıxış edəcək”.
N.Arpadarai qeyd edib ki, növbəti iki ulduzun adı 10 gün ərzində açıqlanacaq.
azvision.az