"Rusiya və Ukrayna arasında dövlət sərhədindən başqa ümumi heç bir şeyi yoxdur”.
BakuPost.azLenta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Ukraynanın yeni prezidenti Zelenski özünün "Facebook” səhifəsində paylaşıb.
O, Rusiya lideri Vladimir Putinin "iki ölkə xalqları bir-birinə çox yaxındır” bəyənatına münasibət bildirib: "Krım və Donbas qaytarılana qədər Ukrayna və Rusiya arasında heç bir ortaq cəhətdən söhbət gedə bilməz. Rusiya tərəfi Ukrayna torpaqlarının hər bir millimetrinə qədər qaytarmalıdır”. Onun sözlərinə görə, bu məsələdə heç bir kompromis ola bilməz.
Xatırladaq ki, bir müddət əvvəl aprelin 29-da Zelenski ilə danışıqların perspektivlərindən danışan Vladimir Putin "ruslar və ukraynalıların ümumi vətəndaşlığı olduğu təqdirdə Ukrayna bu məsələdə qalib gələ bilər” bəyanatını vermişdi