Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Premyer Liqada bu gün əlavə hakim köməkçisi olduğu "Neftçi” – "Kəpəz” matçından sonra brifinq keçirib.
sabahinfo.Az xəbər verir ki, gənc referimiz "Report”un oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- Bu həftə Avropa Liqasının qrup mərhələsində "Roma" - Astra" matçını idarə etdin. Oyunun hakim-inspektoru işinə necə qiymət verdi?
- Hakim-inspektor ümumilikdə idarəçiliyimdəm razı qaldı. Ancaq qiymət dərhal yox, matçdan 2-3 gün sonra açıqlanır. Bu, həm AFFA-ya, həm də özümə gəlir.
- Bundan sonra səni daha yüksək səviyyəli oyunda görə bilərikmi?
- Bu sualı mənə çox verirlər. Çempionlar Liqasının qrup oyununu idarə etmək üçün ən azı 1-ci kateqoriyalı hakim olmalısan. İnşallah, bura yüksələrəm, ondan sonra təyinat alaram.
- Sosial şəbəkələrdə Françesko Tottinin 40 illik yubileyində ona sarı verdiyin qabardıldı...
- Oyundur da.