Traktor oğurlayan şəxslər tutuldu

prelin 24-27-də Dərnəgül qəsəbəsində Bakı şəhər sakini Ülfət Ələsgərova məxsus "Bobsat S-175” markalı yük qaldırıcı traktor naməlum şəraitdə oğurlanıb.


Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi RPİ-5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Səbuhi Eldar oğlu Mirzəyev və Lerik rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Ağabala oğlu Məmmədov tutulublar.