Trampı "İlin adamı" seçdilər

Böyük Britaniyanın nüfuzlu "Financial Times" qəzeti ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı "İlin adamı" seçib.

Sabahinfo.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə qəzetin saytında yayılan açıqlamada bildirilir. 

"Donald Tramp ABŞ-ın siyasi qaydalarını yenidən yazıb", - deyə məlumatda vurğulanır.

Ötən il "Financial Times" Almaniya kansleri Angela Merkeli "İlin adamı" seçmişdi.

Qeyd edək ki, bundan əvvəl məşhur "Time" jurnalı da Donald Tramp ilin adamı seçib.