TRT I Avropa Oyunlarına həsr olunan geniş reportaj yayımlayıb

Türkiyənin TRT haber telekanalı ""Bakı-2015: Birinci Avropa Oyunlarına” həsr olunan geniş reportaj yayımlayıb. Reportajda Azərbaycanın qonaqpərvərliyi , "Avropa Oyunlarının” yüksək səviyyədə təşkil edilməsi qeyd edilir.

Bütün bunlarla yanaşı, reportajda Azərbaycanın tarixi məkanları, eyni zamanda Olimpiya məşəlinin Azərbaycan bölgələrinə aparılması vurğulanıb.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx da reportajda nümayiş olunub.