"Mən türkəm” deyən hər kəsin ürəyinə həyəcan qatan tək inanc Turandır
Turançılıq - əsrlərlə türklərdən oğurlanan torpaqları, milli kimlikləri geri qaytarmaqdır. Turan - türklərin yenidən böyük olmaq hədəfidir. Turançılıq tək sosial yox, həm də siyasi, kültürəl, iqtisadi, milli, hərbi mənada türkləri birləşdirməkdir. Bu gün türklərin istər yerləşdiyi strateji yerləri, istərsə də insani potensialı baxımından Turan dövlətini qurmağa geniş imkanlar açır. Digər tərəfdən türklərin tək millət olmaq şüuru da prosesi sürətləndirməlidir. 7 böyük türk dövlətində, Rusiya, Çin, Macarıstan, İran, Monqolustan və Almaniyada bu ideya ilə yaşayan milyonlarla insan var. Əgər Turan indi yaradılmasa 20-30 ilə artıq türklərin turançılıq ehtirası sönəcək. Nəzərə alsaq ki, dünyada baş verən siyasi proseslər türklərin əleyhinə işləyir Turanın sərhədlərini indidən təyin etmək lazımdır. Əks halda Rusiya, Çin, İran, ABŞ, İsrail, Aİ-nin səyləri sayəsində Turan coğrafiyası bir az daha daralacaq. Türkiyə, Azərbaycan, Cənubi Kipr, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan dövlətləri bu istiqamətdə səylərini birləşdirməlidir. 310 milyon türkün Turan bayrağı altında birləşməsi elə də çətin deyil. Dünyanın heç bir milləti türk millətləri qədər çox, türklər qədər qüdrəli, mərd deyil. Tarixi mənbələrdə Turan türklərin yaşadığı ərazilər olaraq qeyd edilib. Turan adı ilk dəfə fars şairi Firdovsinin "Şahnamə”sində çəkilir. Lakin, fars şairi öz əsərində Turanı İran düşməni kimi göstərir. Türklərin bir dövlət kimi birləşməsi cəhdləri 19-cu əsrdən başlayır. Tam 200 ildir ki, türklər bu ideyanı həyata keçirməyə çalışırlar. Turançılıq idealogiyasının ən məşhur təbliğatçıları Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Mahmud Kaşğarlı, Məhmət Əmin Yurdakul, Hüseyn Nihal Adsız, Ziya Göyalp, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev və b. olub. Alman alimi Maks Müllerin (1823-1900) elmi əsərində türk, macar, hun və çin dillərini Turan dilləri kimi qeyd edib. Turan etrusk mifologiyasında güc ilahəsi mənasında işlədilir. Azərbaycan, Türkiyə, Tuva, Macarıstan, Qazaxıstan, Rusiyanın Baykal gölünün ətrafında və digər dövlətlərdə çoxlu sayda Turan adında yaşayış məntəqələri var.
Turan – türk millətlərinin tək dövlət olmasıdır
Macarıstanda turançılıq ideologiyası 1890-cı illərdən genişlənməyə başlayıb. 1910-cu ildə qraf Pal Tələkizin başçılığı ilə Budapeştdə "Turan” Cəmiyyəti adlı qurum yaradılıb. Cəmiyyətin əsas məqsədi Avropadan Asiyaya – Macarıstandan Yaponiyaya qədər Turan sərhədlərini müəyyən etmək olub. Qurum həmçinin turançılığın təbliğatı ilə də məşğul idi. "Turan” Cəmiyyəti 1913-cü ildə "Turan” adlı jurnal nəşr etdirib. 1920-ci ildə isə Macarıstanda 9 turançı cəmiyyət birləşərək Turan Federasiyasını yaradıblar. Söz yox ki, Macarıstanın bu gün də Turan ideyası ətrafındakı səyləri macarların hun – türk kökənli olmasından qaynaqlanır. Bu gün Macarıstanda öz qanında türk imperatoru Atillanın genini daşıyan yüz minlərlə hun yaşayır. Ümumiyyətlə XX əsrin əvvəllərində türk dövlətlərində turançılıq meyilləri daha güclü olub. Turançılıq ideyasının canlanması əsasən 1905-ci il tarixinə təsadüf edir. Rusiya imperiyasında baş verən siyasi durğunluqdan sitifadə edən tatar və azər türkləri turançılıq ideologiyasını ortaya atıblar. Osmanlı paşaları və Azərbaycandan olan ziyalılar, siyasətçilər Turan dövlətini yaratmağa cəhdlər göstəriblər. Lakin, SSRİ-nin bərpa olunmasından sonra turançılıq ideologiyası müvəqqəti olaraq sıradan çıxıb. Konkret olaraq 1920-ci ildə Azərbaycan Sovet imperiyasının tərkibinə daxil edildikdən sonra Turan ideyası ləğv edilib. Lakin, Sovet imperiyası parçalandıqdan sonra 5 müstəqil türk dövlətinin yaranması ilə ideya yenidən baş qaldırıb. Turançılığın ən geniş yayıldığı dövlətlər Azərbaycan, Türkiyə və Cənubi Kiprdir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanda isə bu istiqamətdəki fəaliyyətlərində passivlik hiss olunur. Səbəbi həmin dövlətlərin Rusiya yönlü siyasət izləmələridir. Türklər Almaniya, Monqolustan, Macarıstan, Rusiya, Çin və İranda da kifayət qədər Turan ideyası ətrafında birlik nümayiş etdirirlər. Turan – türk millətlərinin tək dövlət olmasıdır. "Mən türkəm” deyən hər kəsin ürəyinə həyəcan qatan tək inanc Turandır. Turan - yenidən Osmanlı, Səfəvi, Teymuri, Səlcuq, Oğuz, Göytürk, Hun qüdrətini günümüzə daşımaqdır. Dünya dövlətlərinə türklərin birləşməsi ideyası antipatik münasibət göstərilir. Qeyri türk millətləri Turanın yaradılmasından sonra öz dövlətlərinin kiçilməsindən, zəifləməsindən qorxurlar. ABŞ Konqresinin müzakirə masasına yatırmaq istədiyi Güney Azərbaycan məsələsi bu yöndə uğur sayılmalıdır. Digər tərəfdən Qazaxıstanın Rusiyanın Gömrük İttifaqından imtina etməsi də müəyyən məqamları ortaya qoyur. Tatarıstanda, Tibetdə Rusiya və Çin hakimiyyətləri əleyhlərinə olan çıxışlar da Turana gedən yolda müsbət addımlardır. Bakıda Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustandan ibarət dördlüyün yaratdığı TAQM adlı hərbi təşkilat turançılıq ideyasına müəyyən qatqılar verir. Tək türk dövləti planını həyata keçirmək üçün ən yaxşı variant ən sadə siyasi taktikalardan istifadə etməkdir. Belə ki, bu istiqamətdə olan bütün təşkilatlanmaları gizli şəkildə aparmaq lazımdır. Təşkilati işlər ətrafında ən güvənilir adamları toplamaq lazımdır ki, görülən işlər barəsində ətrafa məlumat sızdırmaları olmasın. Belə olan təqdirdə nəyəsə nail olmaq mümkündür. Dünyada baş verən siyasi hərəkətliliyə nəzər yetirsək görərik ki, Rusiya, Çin və ABŞ arasında əsas güc qütbü olmaq uğrunda mübarizə gedir. İstənilən halda həmin siyasi güclər Macarıstandan Yaponiyaya, Şimal Buzlu okeandan Misirə qədər yayılmış 310 milyonluq türkə güc gəlmək iqtidarında deyil:
Dinləsin bu səsi dünya, yer, göy duysun bu səsi,
Yoxluğuma fərman yazan əllər duysun bu səsi!
Tilsim qırılmışdır artıq, sındırmışıq qəfəsi,
Bu səsə qurşun sıxanın kəsiləcək, kəsiləcək nəsəfəsi!
Ölümə meydan oxuyan dəiqanlı türkəm mən,
Haray, haray, haray, haray mən türkəm! (Araz Elsəs)
Mənsur Rəğbətoğlu