Türkiyədə növbəti dəfə terror aktı törədilib.
Sabahinfo.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Mardin şəhərində Kızıltepe-Viranşehir avtomobil yolunda baş verib.
Qeyd olunub ki, PKK terrorçularının yolun kənarında yerləşdirdikləri partlayıcı qurğu zirehli polis avtomobili hərəkət edən zaman işə düşüb. Nəticədə 3 polis əməkdaşı şəhid olub.
Təhlükəsizlik qüvvələri hücumu təşkil edən PKK-çıların zərərsizləşdirilməsi üçün əməliyyatlara başlayıb.