“Bu işlər üçün qanunvericilik sahəsində görülən və görüləcək işlər müzakirə edildi”

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, İqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili də iştirak edib.

T.Mirkişili tədbirlə bağlı “feysbuk” sosial şəbəkəsində olan şəxsi səhfəsində paylaşım edib: “Bu gün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının açılış mərasimi oldu. Tədbirdə kibertəhlükələr və kibertəhlükəsizliyin təmin olunması, kritik infrastrukturun qorunması, bu işlər üçün qanunvericilik sahəsində görülən və görüləcək işlər müzakirə edildi”.