Füzuli rayonunun 2 şəhəri, 16 qəsəbəsi, 82 kəndi vardı. 1993-cü il avqustun 23-də havadarlarının həm siyasi, həm maddi, həm də hərbi yardımından bəhrələnən Ermənistan rayonu işğal etdi. İşğala kimi rayondan 663 nəfər şəhid olmuşdu. 1994-cü il yanvarın 5-də Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə Horadiz əməliyyatında rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu qələbə həm də ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu yüksəltdi. Füzulilər də 27 il işğal ağrıları yaşadı. Onlar da torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın döyüş əmrini gözləyirdi...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri yeni ərazilər işğal etmək niyyəti ilə hücuma keçdi. Azərbaycan Ordusunun bölmələri hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı, İkinci Qarabağ müharibəsi kimi davam etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”.
Füzuli 2020-ci il oktybrın 17-də işğaldan azad edildi.
Füzuli istiqamətində düşmən daha ciddi müdafiə səddi yaratmışdı. Azərbaycan Ordusunun hissələri müdafiə sədlərini darmadağın etdi. Ağır döyüşlərdə düşminin bütün istinadgahları, müdafiə sistemi, döyüşə cəlb olunmuş texnikaları məhv edildi. Müdafiə oluna bilməyən düşmən silahlarını da atıb qaçırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Düşmən işğal müddətində Füzuli rayonun ərazisinə 100 000-dən çox mina basdırıb. Bu, minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Düşmən minaların xəritəsini verməsə də minalar təmizlənəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunda da böyük quruculuq işləri başlayıb.
Ölkə başçısının Füzuliyə səfərləri zamanı Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun (14 yanvar 2021-ci il), Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının (14 fevral 2021-ci il), Füzuli şəhərlərinin Baş planı təsdiqlənib, 180 çarpayılıq xəstəxananın (15 mart 2021-ci il), Rəqəmsal Stansiya İdarəetmə Mərkə-zinin, çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub, Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib (10 may 2022-ci il).
Füzulinin işğaldan azad edildiyi gün də tariximizin bir hissəsidir. Bu tarix də heç zaman unudulmayacaq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı