"Bu, zəfər büdcəsidir" - Deputat

"Təqdimatlarda da qeyd olunduğu kimi, gələn ilin büdcəsi çox mühüm dövrdə hazırlanıb”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 13 noyabr tarixli iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu il məhz Ümumilli lider Heydər Əliyevin 100 illiyini qeyd edirik: "Bu il ərazi bütövlüyümüzü tam bərpa etmişik".

Gələn ilin büdcəsini "zəfər büdcəsi" adlandıran M.Quliyev bildirib ki, 2024-cü ilin büdcə sənədi əsas 3 istiqamət prioritet götürülərək çox doğru hazırlanıb: "İndiyə qədər azad olunmuş Şərqi Zəngəzur və Qarabağa 2 milyard xərclənib. Gələn il 4 milyard xərclənəcək. Büdcə xərclərinin 43%-i isə sosial sahəyə xərclənəcək. Əlavə olaraq, qeyri-neft sektorunda da artım gözlənilir. İnfliasiya azalıb, gələn il infliasiya bir rəqəmliə düşəcək deyə ümid edirik. Bu da insanların sosial rifahını artıracaq. Bizi əsas maraqlandıran ərzaq infliasiyasıdır. O da düşsə, insanların maddi vəziyyət yaxşılaşacaq”.