UEFA "Barselona" komandasının 4 oyunçusundan medalları qaytarmağı tələb edib. Bu barədə Lenta.ru saytı xəbər verir.
Tomas Vermalen, Klaudio Bravo, Duqlas Pereyra və Jordi Masip turnir ərzində meydana çıxmadığlarına görə medalları geri qaytarmalıdılar. Halbuki mükafatlandırma mərasimində hamı ilə birgə medal alıblar.
UEFA-nın qaydalarına görə, futbolçu medalı ancaq meydana çıxdığı zaman ala bilər.
Qeyd edək ki, iyunun 6-sı Berlinin Olimpiya stadionunda Çempionlar Liqasının final oyunu keçirilib.
İspaniyanın "Barselona” və İtaliyanın "Yuventus” klubları arasında keçirilən qarşılaşma "Barselona”nın qalibiyəti ilə bitib. Oyun 3:1 hesabı ilə bitib.