Ukrayna prezidenti Poroşenko azərbaycanlıya yüksək rütbə verib.
Sabahinfo.az-ın məlumatına görə, Poroşenko Krım respublikasının prokuroru Gündüz Məmmədovu 3-cü dərəcəli ədliyyə müşaviri (general-mayor rütbəsinə bərabər) təyin edilməsi barədə əmr imzalayıb.
Bu barədə Ukrayna hökumətinin rəsmi saytında yerləşdirilib.
Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.
2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib./baku.vs/