"Bakıya bildirdik ki, Qarabağın statusu məsələsi bağlanıb".
Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi mətbuat konfransında bildirib.
XİN rəhbərinin sözlərinə görə, məsələni Ermənistan baş nazirinin özü bağlayıb: "2020-ci ilin noyabrında və ondan sonrakı illərdə Moskva, İrəvan və Bakı arasında imzalanmış sənədlər Dağlıq Qarabağ regionunu Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonası kimi müəyyənləşdirdi. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında status məsələsi kimi bir təsəvvür yarandı ki, bu məsələnin nəhayət razılaşdırılması üçün hələ də danışıqlar aparılmalıdır.
2022-ci ilin payızında Praqada Makron və Mişel tərəfindən Ermənistan və Azərbaycan arasında təşkil olunan görüşdə İrəvan və Bakının bir-birinin ərazi bütövlüyünü tanıdığı sənədi təsdiqləməsi bizim təəccübümüzə səbəb oldu. Qarabağın Azərbaycanın bir hissəsi kimi tanındığını bilmirdik və bunu eşidəndə izlədik və Bakıya bildirdik ki, status məsələsi bağlanıb, Ermənistan baş nazirinin özü bağlayıb".