"Bunkerləri tərk etməyin" - Zelenski xalqa müraciət etdi

"Təəssüf ki, ölənlərimiz və yaralananlarımız var. Xahiş edirəm, sığınacaqları tərk etməyin".

Sabahinfo.az xəbər verir  ki,  bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki partlayışlardan sonra xalqa müraciətində deyib. 

Zelenski həmçinin açıqlamasında "Müharibənin 229-cu günündə bizi məhv etməyə və yer üzündən silməyə çalışırlar", - deyə bildirib. 

Qeyd edək ki, Ukrayna mətbuatı səhər saatlarında Kiyev, Lvov və Dnepr şəhərlərində hücumların həyata keçirildiyini açıqlayıb.