Uorlik Azərbaycan əsgərinin həlak olması ilə əlaqədar başsağlığı verib

"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən insan itkisinə görə təəssüflənirik və başsağlığı diləyirik”. 

sabahinfo.Az-ın xəbərinə görə, bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirərkən deyib.

"Biz tərəfləri atəşkəsə hörmət etməyə, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Bu kimi addımlar həllə apara biləcək danışılar üçün şərait yaratmaq baxımından çox vacibdir”, - deyə diplomat bildirib.