Buraxılış imtahanlarında yüksək və aşağı nəticə göstərən bölgələr - SİYAHI

Ötən il 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələrin adları açıqlanıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan, Bakı, Mingəçevir şəhərlərinin və Qubadlı, Abşeron, Şahbuz rayonlarının şagirdləri göstərib. Bu bölgələrin orta statistik şagirdlərinin göstəriciləri, müvafiq olaraq, 128.1, 127.7, 120.7, 117.6, 114.5, 111.5 və 111.3 bala bərabər olub.

Ən aşağı göstəricilər isə Ağcabədi, Sabirabad, Cəlilabad və Daşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq, 78.6, 77.9, 74.8 və 73.5 bal) məxsusdur.

Həmçinin qeyd edilib ki, 11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sumqayıt şəhərinin, Qubadlı rayonunun, Bakı və Naxçıvan şəhərlərinin, Abşeron və Xocavənd rayonlarının şagirdləri əldə edib. (müvafiq olaraq, 135.6, 133.0, 126.7, 124.2, 115.8 və 115.6 bal).

Ən aşağı göstəricilər isə Yardımlı, İmişli, Cəlilabad, Sabirabad və Daşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq 74.5, 74.1, 71.0, 69.7 və 65.2 bal) məxsusdur.


Digər Xəbərlər