Azərbaycanın qadın üzgüçülərdən ibarət komandası Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Trend-in məlumatına görə, 4X100 m sərbəs estafet üsulu ilə üzmə yarışında Alsu Bayramova, Yuliya Stisyuk, İlahə Raciyeva və Fatimə Əlkərəmovadan ibarət yığmamızın nəticəsi 4:08.37 olub.
Birinci yeri Türkiyə (3:47.77), ikinci yeri isə İndoneziya komandası (3.52:98) tutub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.