Venqer:""Arsenal" istədiyi futbolu nümayiş etdirdi"

"Arsenal" Çempionlar Liqasının 1/8 final mərhələsində "Bayern Munih"ə qarşı cavab matçında da 1:5 hesabıyla uduzub.

Sabahinfo.az goal.az-a istinadən xəbər verir ki,matçdan sonra fikirlərini bölüşənArsen Venqerhakimlikdən şikayətlənib.

"Hesab edirəm ki, "Arsenal" yaxşı formadadır. Müvəqqəti çətinliklər var. "Bavariya" iləoyundakı hakimlik insanı özündən çıxarır. Məsələn, Uolkotta qarşı kobudluğa görə penalti təyin olunmalı idi. Levandovski isə ofsaydda idi. Bu oyunu izləmək üçün pul xərcləyən azarkeşlərə görə təəssüflənirəm.

İkinci qolu vursaydıq, rəqibin necə rekasiya göstərəcəyi maraqlı olardı. Biz istədiyimiz futbolu göstərdik. Komanda sürətli idi, "Bavariya" üçün problemlər yaratdı. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Bir futbolçuya qırmızı vərəqə göstərib qapına penalti təyin edəndə qarşıya qoyulan vəzifənin icra olunacağına inam ölür".