Vətəndaşların müraciətləri ilə bağlı vahid elektron sistem yaradılır - FƏRMAN

Prezident İlham Əliyev yerli icra hakimiyyəti orqanlarında vətəndaşlarınmüraciətləri üzrə vahid elektron informasiya sistemininyaradılması haqqındafərman imzalayıb Sabahinfo.az-ın məlumatına görə, fərman dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılmasını təmin etmək məqsədi iləverilib.

Fərmanla yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılacaq.

Prezidentin Administrasiyasına aşağıdakı tapşırıqlar verilib:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılmasını və 2015-ci il iyulun 1-dək tətbiq olunmasını təmin etsin;

İnformasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün bir ay müddətində Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etsin;

İnformasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etsin.

Yerli icra hakimiyyəti orqanları isə informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görəcəklər, eyni zamanda, informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin edəcəklər.

Prezidentinin İşlər İdarəsi informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına texniki xidmət göstərilməsini təmin edəcək.

İdarə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə informasiya sisteminin fasiləsiz fəaliyyətini və proqram təminatına dəstəyi təmin edəcək.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə aşağıdakı tapşırıqlar verilib:

Yerli icra hakimiyyəti orqanlarının informasiya sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

İnformasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan prezidentinin İşlər İdarəsi ilə birlikdə müvafiq tədbirlər görsün.

Prezidentinin Administrasiyası isə bu fərmanın icrasına nəzarəti həyata keçirəcək.