Ümumdünya Antidopinq Agentliyinin Uyğunluq Komitəsi (WADA) Azərbaycan, Braziliya və İndoneziyanın antidopinq sistemləri təşkilatın məcəlləsinə uyğun olmayan ölkələr kimi tanınmasını tövsiyə edib.
sabahinfo.Az "Report”-a istinadən xəbər verir ki, bunu WADA-nın Təsisçilər Şurasının iclasında komitə rəhbəri Rene Buşar deyib.
"Biz Azərbaycan, İndoneziya, Olimpiya və Paralimpiya oyunlarını qəbul edən Braziliyanın dərhal məcəlləyə uyğun olmayan ölkələr kimi tanınmasını tövsiyə edirik", – Buşar bildirib.