Xankəndidə gərginlik artır: - Babayanın tərəfdarı döyüldü

Qarabağ separatçılarının "deputatı” Ayk Xanumyan döyülüb.

 

sabahinfo.az  xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Xanumyan hazırda xəstəxanadadır.

 

Qeyd edək ki, Xanumyan qondarma rejimin keçmiş "müdafiə naziri” Samvel Babayan tərəfdarlarındandır. O, ötən gün Xankəndində təşkil edilən mitinqdə Babayanın öz keçmiş "vəzifəsinə” – qanunsuz silahlı birləşmənin komandiri -  geri qaytarılmasını tələb edib.

 

S.Babayan ötən gün Xankəndinə gəlib. Onu 1000 nəfərlik tərəfdarı qarşılayıb və Babayana vəzifə verilməsi üçün aksiya keçirilib.