Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müayinə olunmaq üçün Türkiyəyə gedəcək.
sabahinfo.Az bildirir ki, publika.az-a açıqlama verən məşhur diktor səhhətində problemlər yarandığını deyib:
"Yanvarda Türkiyəyə yenidən müayinəyə gedəcəm. Görək bu dəfə həkimlər nə deyəcək. Birtəhər dözürəm. Son vaxtlar ayaqlarım ağrımağa başlayıb, narahatlıqlarım coxdur, sadalamaqla bitməz. Bir tərəfdən xəstəlik, bir tərəfdən yaş".
Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. Ötən ilin dekabrında Türkiyədə əməliyyat olunan diktor mütəmadi müalicə alır.