28 aprel tarixində Moskvada Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib. Bu haqdaModern.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında Prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib. Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.