XİN Qarabağa gedən meksikalı deputatlar barədə səfirliyə təlimat verdi

Meksika parlamentinin deputatları Blanka Marqarita Kuata Dominqes, Mariya Kristina Tereza Qarsiya Bravo, Karlos Ernandes Miron Dağlıq Qarabağa səfər ediblər.

Məlumata görə, deputatlar Ermənistan parlamentinin vitse-spikeri Edurad Şrmazanovun müşayiəti ilə Xankəndinə gələn deputatlar yerli separatçıların rəhbəri Bako Saakyanla görüş keçirəcək.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevaçıqlama verib.

"Meksika parlamentində Ermənistanla dostluq qrupun rəhbəri Blanka Marqarita Kuata Dominqes, həmin qrupun üzvü Kristina Tereza Qarsiya Bravo və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.

Bu arada, Azərbaycan Respublikasının Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib”.(modern.az)