YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri ilə görüş

Ağdaşda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Gənclər Birliyinin Şurası iclası keçirilib. TədbirdəYAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanovçıxış edərək müstəqil Azərbaycanın son 26 ildə keçdiyi yoldan və əldə edilən uğurlardan danışıb, ölkədə həyata keçirilən gənclər siyasətindən bəhs edib, eyni zamanda son illər ərzində ölkədə yerli və beynəlxalq əhəmiyyətli layihələrin, tədbir və idman yarışlarının keçirilməsi haqqında məlumat verib. C.Osmanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu və bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Şura üzvlərinin qarşısında duran vəzifələrdən danışan Cavid Osmanov Yeni Azərbaycan Partiyasının gənclər üçün yaratdığı imkanlara da diqqət çəkib.

GörüşdəYAP Ağdaş rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradovda çıxış edərək Azərbaycanın müstəqilliyinin ilk illərində ağır vəziyyətlərlə üzləşdiyini, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və müasir gəncliyin üzərinə düşən vəzifələrdən danışıb. Anar Şahmuradov Azərbaycanın müstəqil dövlət kimi mövcud olması və davamlı inkişaf mərhələsi keçməsindən ciddi narahatlıq keçirən bəzi dairələrin olmasını Şura üzvlərinin diqqətinə çatdırıb.

YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri tədbirdə qeyd ediblər ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Eyni zamanda radikal müxalifətin dağıdıcı fəaliyyətini pisləyən gənclər bildiriblər ki, sağlam əqidəli Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib və gələcəyə doğru inamla addımlayırlar.