Yığmamız İngiltərəyə məğlub oldu

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda mübarizəyə start verilib.

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki,Rumıniyada keçirilən qrup oyunlarında Azərbaycan millisi də qüvvəsini sınayır.
 
Vüqar Məmmədin baş məşqçisi olduğu komandamız ilk qarşılaşmada İngiltərə ilə görüşüb. Buftea şəhərində keçirilən matçda İngiltərə millisi qələbə qazanıb.
 
Qeyd edək ki, elit-raunda qrupda ilk iki yeri tutanlar, həmçinin üçüncülər arasında ən yaxşı nəticəyə malik 5 yığma vəsiqə qazanacaq.
 
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
VI qrup
I tur, 25 oktyabr
 
İngiltərə - Azərbaycan - 2:0
Qollar:  Angel Gomes, 16, Jadon Sanço, 23
 
Hakimlər: Fyodor Zammit, Luke Portelli (hər ikisi Malta), Daniel Mitruti, Katalin Qaman (hər ikisi Rumıniya)
Hakim-inspektor: Gerard Perri (İrlandiya)
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)
Buftea. RFF futbol mərkəzi