“Zirə”də yeni hücumçu

"Zirə"də tranfer çalışmaları davam edir.

sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, komanda daha bir futbolçu ilə müqavilə imzalayıb.
 
Qanalı hücumçu Riçard Qadze "qartallar"ın sıralarına qoşulub. 22 yaşlı forvet ilə ilyarımlıq müqavilə imzalanıb.
 
2012-ci ildə vətənində "Ebusua" klubunda peşəkar karyerasına başlayan Riçard Qadze 3 il sonra Hindistan təmsilçisi "Delhi Dinamos"a keçib.
 
Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da forma geyib.