“Azərbaycan, hər zaman olduğu kimi, yenə də Türkiyənin yanındadır. Cani-könüldən Azərbaycan xalqına təşəkkür edirik!”
Bu sözləri Oxu.Az-a Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım toplama kampaniyasını ziyarət edərkən deyib.
O bildirib ki, 700 nəfərdən çox xilasedici Türkiyəyə göndərilib:
“Ölkə rəhbərliyi səviyyəsində edilən yardımlar, Milli Məclisin sədri, Anar Ələkbərov və digər bir çox rəsmilər əlaqə saxlayıb vəziyyətlə maraqlanırlar. Türkiyədəki zəlzələdə həlak olan vətəndaşlarla bağlı başsağlığı çatdırırlar. Çox təşəkkür edirəm ki, bu gün tək ürək olub birlik nümayiş etdirdik. İtkilərimiz çoxdur, bu kədəri bizimlə bölüşənlərə təşəkkür edirik. Hadisə yerində axtarışlar davam etdirilir. Allah bir də bizə belə dəhşətli günlər nəsib etməsin”.
Səfir ötən gündən etibarən gecə saatlarına qədər yardım kampaniyasında köməklik göstərən bütün könüllülərə təşəkkür edib.