Camış qadını öldürdü

Salyan rayonunda camış sağıcı qadını öldürüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Dayıkənd kəndindəki təsərrüfatda baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Göyçə Nəzərova camışı sağarkən iribuynuzlu heyvan təpiklə onu vurub. Ağır xəsarət alan qadın vəfat edib.

Faktla bağlı araşdırma aparılır.