Cavanşir Paşazadə: “Baş Nazirdən bəzi xahişlərim oldu” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Cavanşir Paşazadə SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə və ölkəmizin inkişafından danışıb.

-Cavanşir müəllim Azərbaycan Prezidenti İlham Əliyevin sədirliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə kecirildi. Müşavirədə bir sıra mühüm fikirlər səsləndirildi. Ümumilikdə 2022 –ci ilin muvafiq dövrünü ölkəmiz üçün necə dəyərləndirərdiz.

-Cənab Prezidentin sədirliyi ilə keçirilən müşavirə 2022 –ci ilin birinci rübünün təhlili və görülən işlər və verdiyi tapşırıqlarla bağlı idi. Əlbətdə ki, artıq qalib ölkə kimi ikinci ildir ki biz bu müşavirələri keçirdirik. Cənab Prezident bu müşavirədə həm büdcə məsələsinə , həm bu büdcədən Qarabağın yenidən qurulması və təmir - bərpa işləri ilə bağlı xərclənən vəsaitlərdən danışdı. Müşavirədə istər daxili investisiyaların, xarici kreditlərin hansı formada alınması və nə qədər alınması barəsində bütün məsələlər öz həllini tapdı. Cənab Prezident bununla yanaşı bir sıra məqamlara da toxundu. Ümumiyyətlə bu ilin birinci rübünə nəzər salanda görürük ki. Ölkəmiz inkişaf edib. Bu da Cənab Prezidentin gərgin əməyi sayəsində, onun Azərbaycan xalqında yaratdığı inam sayəsində əldə olunur. Əgər dövlətə inam varsa onun iqtisadiyyatına, onun gələcəyinə, sabitliyinə, borcunun qaytarılmasına və digər sahələrdə bütün etibarlar varsa təbii ki, o , dövlətə xarici ölkələr kreditlər verir. Bu xarici kreditlər hər ölkəyə verilmir . Məsələn ; bədnam qonşumuz Ermənnistana kimdi kredit verər? - Onların o kreditləri qaytarmalarına ümidləri yoxdur. Özlərinin də həqiqətdə iqtisadi gücləri yoxdur ki, krediti ödəsinlər. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Qarabağda və Azərbaycanın bütün regionlarında kənd təsərüfatının inkişafına götürülən kreditlər, həm sənaye sahəsinə həm də digər sahələr üçün götrülən kreditlər bizim gələcəkdə iqtisadiyyatımızın artması və daha da möhkəmlənməsi deməkdir. Təbii ki , biz şəhidlərimizi, qazilərimizi də yaddan cıxartmamalıyıq. Şəhidlərimiz və qazilərimiz üçün mənzillərin tikilməsi və gələcəkdə onların ailələrinə verilən birdəfəlik ödənişlər də nəzərdən kənarda qalmır. Cənab Prezident müşavirədə həm də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işlər və bəzi məsələlər haqqında da danışdı. Azerbaycanın dirçəlişi və gələcəkdə daha yüksək səviyədə inkişaf etməsi üçün zəruri olan bütün məsələlərə toxundu.

-Avropa ittifaqı ilə münasibətlərə toxunan dövlət başçısı bu istiqamətdə əldə olunan uğurlardan danışdı. Azərbaycanın beynəlxalq təşkilatlarla həyata keçirdiyi siyasət və bu siyasi gedişin müsbət yönləri hansılardır?

-Təbii ki , bizim Avropa ölkələri ilə aparılan görüşlər müsbət nəticələr verir. İstər xarici, istər yerli mətbuatı izləyərkən biz hamımız görürük ki, doğurdan da Azərbaycana xarici ölkələr necə hörmətlə yanaşır.Bu da bizim Cənab Prezidentin apardığı daimi və qətiyyətli siyasətin nəticəsidir. Qırx dörd günlük müharibə dönəmində isə Cənab Prezidentin etdiyi cıxışlardan sora gördülər ki , doğrudan da vandallar vəhşiliklər törədiblər, şəhərləri dağıdılıblar. Azərbaycanın haqq səsi dünyaya bəlli oldu və bununlada Ermənilərin yalanları iki üzlülükləri dünyaya bəlli oldu. Bu gün isə Azərbaycan Prezidentinin qarşılanması və onlarla artıq müqavilələrin bağlanması, bizim Avropa ilə bəzi məsələlərdə birgə həm siyasi, iqtisadi, ticari, sənaye həm başqa məsələlərdə bağlanan müqavilələr bu məsələlərin gələcəkdə daha da güclənməsinə gətirib çıxaracaq. Coğrafiyada ölkələrə baxdıqda Azərbaycan Avropadan qırmıızı hərflərlə görülür. Onu da bizə yaradan bəxş edən göydə Allah yerdə isə cənab Prezidentdir.

-Cavanşir müəllim Avropada oturub ölkəmiz əleyhinə konpaniya aparan qüvvələr var.Bunlar bəzən sizi də hədəf alır ...Siz xarici səfərlərdə tez-tez olursunuz. Onlarla qarşılaşmısınızmı və onlarla qarşılaşsanız hansı addımları atarsınız.

-Mən onlarla qarşılaşmamışam. Təəssüf ki , bizim dırnaq arası elə vətəndaşlarımz var. Onlar xarici ölkələrdə xarici investisiyalardan bəhrələnirlər. Müəyyən investisiya qaşılığında öz ölkələrinə qarayaxma konpaniyalarla məşğul olurlar. Orada oturub Azərbaycanın gördüyü işlərə qara yaxaraq, Cənab Prezidentin və Mehriban xanım Əliyevanın yürütdüyü siyasəti yalan informasiyalarla Azərbaycan xalqının gözündən salmağa çalışsalar da xalq her şeyi görür, şübhəsiz ki, onlara inanmırlar və digər aparıcı vəzifəli şəxslərin adına yalandan böhtanlar deyirlər. Onlar öz ailələrini burada utanc vəziyyətində yaşadırlar. Əlbətdə ki, mən onları qınayıram . Düzgün hərəkət etmirlər. Onlar nələrsə deyirsə onlar özləri demir. Xarici ölkələrin də bəzi mövqeləri var ki, onların dilindən deyirlər. Artıq onların həpislərinin şahidi oluruq . Bu gün xarici ölkələrindən onları tutub Azərbaycana gətrirlərsə Avropadan da tutub gətirəcəklər. Dedikləri hər bir sözün elədikləri hər bir hərəkətin cəzasnı çəkəcəklər. Onların nəsili belə kəsiləcək.

-Kənd təsərüfatının inkişafı ilə bağlı zaman-zaman təklifləriniz olub. Nədənsə son budcə zərfinin müzakirəsində təkliflər səsləndirmədiniz...

-Xeyir . Yəqin ki, siz baxmamısınız. Mən təkliflərimi verdim saytlarda var. Baxsanız görərsiniz. Təkliflərimdə kənd təsərüfatı məhsullarının satışları ilə bağlı idi. Bazarlarda olan qiymətlərlə bağlı idi. Bazarlara kənd təsərrüfatı malı gətirənlərin bazarlara girə bilməməsi ilə bağlı idi. Onlara təkliflərlə müraciət elədim və Baş Nazirdən də bəzi xahişlər etdim ki, bu məsələlərə diqqət yetrilsin. Bələdiyyələrlə də bağlı təkliflərim olub.

Leyla Allahverdiyeva

SABAHİNFO.AZ saytının xüsusi müxbiri