Cavid Osmanov YAP-ın siyahısına düşmədi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa yeni namizəd irəli sürüb.

Sabahinfo.az saytının məlumatına görə, hakim partiya 90 saylı Ağdaş seçki daisəindən Əli Abbas oğlu Hüseynovu özünün deputatlığa namizədlər siyahısında göstərib.

Əvəzində indiyədək həmin dairəni Milli Məclisdə təmsil edən Cavid Osmanov “vurulub”.

YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında o yer almayıb.

Qeyd edək ki, Cavid Osmanov beşinci və altıncı çağırış Milli Məclisin üzvü olub.

O, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ağdaş rayon təşkilatının sədridir.