Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, danışıq zamanı Ukraynadakı son yeniliklər, mövcud humanitar vəziyyət müzakirə edilib.
Həmçinin, danışığın əsas mövzularından biri də İstanbulda keçiriləcək Rusiya – Ukrayna görüşü olub.