Cəbrayılda ər-arvad qəzaya düşüblər, qadının boynu sınıb

Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cu il təvəllüdlü Vidadi Cama oğlu Xudiyev və onun həyat yoldaşı, 1976-ci il təvəllüdlü Pərvanə Əhməd qızı Xudiyeva xəsarət alıblar.

Yaralılar Bakıda yerləşən xəstəxanalardan birinə gətiriliblər.

Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır./report