Cəmiyyətin inkişafında medianın mühüm rolu

Mətbuat. Hər bir xalqın həyatında önəmli yer tutan, cəmiyyətin inkişafını, tolerantlığını və milli-mənəvi dəyərlərin qorunmasında, dövlətçiliyin yaşamasında mühüm yeri olan bir vasitədir. Cəmiyyət-mətbuat vəhdəd təşkil edir. Bunun da bir neçə səbəbləri var. Əsas səbəb ondan ibarətdir ki, mətbuatın bir nömrəli missiyası cəmiyyəti doğru-dürüst, qərəzsiz məlumatlarla vətəndaşları maarifləndirsin. Bu maarifləndirmə elə peşəkar səviyyədə həyata keçirilməlidir ki, nəticə etibarilə həm cəmiyyət həm də vətəndaş prosesdən yararlı çıxsın. 
Vətən Müharibəsində bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də görülən işlər Qələbəmizi şərtləndirən amillər sırasındadır. Medianın vahid informasiya platformasından çıxış edərək cəmiyyətə müharibə ilə bağlı məlumat çatdırması, media işçilərinin könüllü olaraq cəbhəyə yollanması və digər hadisələr medianın hər zaman dövlətin yanında olduğunu göstərən əsaslı faktdır. 
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən media siyasəti nəticəsində Azərbaycanda sağlam media mühiti yaradılıb. Bu sahədə həyata keçirilən islahatlar nəticəsində medianın imkanları genişləndirilib. Cənab Prezidentin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi də bu yöndə həyata keçirilən işlərin davamıdır.  Agentliyin yaradılması milli mediamızın inkişafı tarixində yeni, keyfiyyət mərhələsinin başlanğıcı saymaq olar. Bu səbəbdən yeni qurumun çoxşaxəli fəaliyyətində informasiya təhlükəsizliyimizə böyük töhfələr verəcəyi şübhə doğurmur. Agentliyin fəaliyyətindən keçən müddət ərzində effektiv nəticələr ortaya qoyulub. Bura qəzetlərlə yanaşı electron KİV-lərə maliyyə yardımlarının ayrılması, media mənsubları üçün təşkil edilən treyninqlər və.s göstərmək olar.
Artıq Media Haqqında yeni qanun layihəsinin müzakirələri keçirilir. Bu yöndə yeni qanunverici baza yaradılır ki, yeni qanun mediamızın inkişafını daha da şərtləndirəcək. 
Sonda onu demək olar ki, Azərbaycan mətbuatının səngərində olan bütün əsgərləri gələcəyə xoş bir ümidlə baxır. Bu ümid onların qələmindən çıxan məqalələrin cəmiyyətimizin inkişafında oynadığı mühüm roldan keçir. Bu ümiddə Azərbaycanın parlaq gələcəyi var. Biz də öz növbəmizdə Azərbaycan cəmiyyətinin inkişafında misilsiz rolu olan jurnalistləri səmimi qəlbdən təbrik edir, onlara yaradıcılığında uğurlar arzu edirik.

Ayşən Fəxrəddinqızı
İlhamla Mehribanla Azərbaycan Naminə "İMAN"