Bu gün Çempionlar Liqasında son 2 yarımfinalçının adına aydınlıq gələcək.
Sabahinfo.az xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 2 maraqla gözlənilən görüş keçiriləcək.
"Real" ilk matçda 0:3 hesabı ilə uduzduğu "Arsenal"ı "Santyaqo Bernabeu"da qəbul edəcək. Cütün qalibi yarımfinalda PSJ-yə rəqib olacaq.
"Bavariya" isə "San Siro"da 1 həftə əvvəl məğlub olduğu "İnter"lə qarşılaşacaq. Bu cütün güclüsü 1/2 finalda "Barselona" ilə üz-üzə gələcək.
Bugünkü hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
16 aprel
23:00. "Real" (İspaniya) - "Arsenal" (İngiltərə)
"Santyaqo Berbabeu"
İlk oyun - 0:3
23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)
İlk oyun - 2:1