Cənab Prezident İlham Əliyev Ulu öndərin şəhid ailələrinə yönəli siyasətini uğurla davam etdirir

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə hər zaman şəhid ailələrinə həssas münasibət sərgiləyib. O, heç zaman müharibə, qan tökülməsinin tərəfdarı olmayıb. 1994-cü ildə Bişkekdə Ermənistanla atəşkəs sazişinin imzalanmasının əsas təşəbbüskarının məhz Heydər Əliyevin olması təsadüfi deyildi. Ermənilər tərəfindən başladılan qanlı davanın, işğalçılıq siyasətinin sülh yolu və danışıqlar vasitəsilə həllinə ümid edən dahi rəhbər qəhrəman övladlarımızın müharibə qurbanı olmalarını, ana-bacılarımızın gözlərinin yaşlı qalmasını istəmirdi.

Heydər Əliyev məmurlardan məcburi köçkünlərə, şəhid ailələrinə qarşı son dərəcə diqqətli olmalarını tələb edirdi. Bildirirdi ki, hər bir məmur şəhidlərin dəfnində iştirak etməli, şəhid ailələrinə baş çəkməli və onların problemlərinin həllinə köməklik göstərməlidir. Ulu öndər qeyd edirdi ki, Azərbaycan xalqı ərazi bütövlüyü uğurunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanır, onlarla fəxr edir.

Ümummilli Lider Heydər Əliyev vətən uğrunda şəhid olmuş oğulların ailə üzvlərinə qayğının göstərilməsi, onlara bir çox imtiyazların verilməsi, sosial-iqtisadi mənafelərinin qorunması, maddi vəziyyətlərinin yaxşılaşması üçün lazımi addımlar atıb.

Ulu öndərin şəhid ailələrinə yönəlmiş humanist siyasəti onun siyasi varisi cənab İlham Əliyev tərəfindən hər zaman davam etdirilib.

Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur".

Dövlət başçısı qeyd edib ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var.

“Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək”, - deyə Prezident İlham Əliyev əlavə edib. (Mənbə: https://modern.az/news/346410/)

Doğrudan da Vətən onu qoruyanların, qədrini bilənlərindir!

Bu kəlam zaman keçdikcə öz aktuallığını daha qabarıq göstərir. Dövlət hər zaman, hər bir çətin anda vətəndaşının yanında olmalı,ona hərtərəfli qayğı göstərməlidir.

Ölkə rəhbərliyinin göstəriş və sərəncamına əsasən vətənin müdafiəsi uğrunda Şəhid olmuş minlərlə oğullarmızın xatirəsi daim uca tutulur, onların ailə üzvləri hərtərəfli dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Vətənin müdafiəsində qəhrəmancasına həlak olmuş və yaxud əlil olmuş şəxs dövlətimiz tərəfindən birmənalı olaraq bu qayğıdan kənar qalmır. Bu bir növ insan kapitalına verilən ən böyük dəyər kimi başa düşülməlidir.

 

 

Prezident İlham Əliyev 2022-ci ildə Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

 

"Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar".

(Mənbə: https://apa.az/official-news/prezident-sehid-ailelerine-xususi-diqqet-gosterilmelidir-video-714813)

Son dövrlərdə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə Qarabağ qazisinin müalicəsinə dəstək göstərilmiş, həttda onların xaricdə belə müalicəsinə maddi yardım olunmuşdur. Bununla yanaşı , Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şəhid ailələrinin problemləri daim diqqətdə saxlanılaraq onlara Fondun vəsaiti hesabına ev verilmiş, şəhid oğullarımızın övladlarının təhsil haqqı ödənilmiş. Şəhid ailələri üçün çoxmənzilli bina tikilərək Şəhidlərin ailə üzvlərinə təqdim olunmuşdur.

Vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Şəhid alilərinin üzvləri ilə yaxından maraqlanmaq üçün onların evində qonaq olmuş Şəhid anaları ilə görüşmüş, onları bir-bir bağrına basaraq onların kədərinə şərik olduğunu səmimiyətilə bildirmişdir.

Şəhid ailələrinə qayğıkeş, həssas münasibət ənənəsu Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də davam etdirilir. Bu cür qayğı, dəstək gənc nəslin vətənpərvər ruhda böyməsinə müsbət təsir göstərir. Hər bir şəhid ailəsi görür ki, onun arxasında Azərbaycan dövləti dayanır və onun problemlərinin həlli ilə ölkə təhbərliyi yaxından məşğul olur. Özünü yalqız hiss etməyən, dövlət və qeyri-dövlət tədbirlərinə yuxarı başa çəkilən şəhid ailələri cəmiyyətimizin ən saf, ən vətənpərvər təbəqəsidir. Cəmiyyətin önündə şəhidlərimizin ailə üzvlərinin olması, həm toplumun gücündən, həm də dövlətimizin gələcəyinin əmin əllərdə olmasından xəbər verir.

Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.