"Cənab Prezidentimzin etimadı ilə artıq parlamentdə bir neçə dəfə təmsil olunuram"-MÜSAHİBƏ

Milli Məclisin deputatı İlham Məmmədov SABAHİNFO.AZ saytına müsahibə verib . Müsahibəni təqdim edirik ;
-İlham müəllim Şuşada keçrilən Qurultayla bağlı nə deyə bilərsiniz?
-Bu gün tarixi bir gündü, bu gün qürurumuzun, mənliyimizin, şərəfimizin bütün dünyaya elan olunması gününün bir tərkib hissəsidir. Bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar Azərbaycanın, Türk dünyasının mədəniyyət mərkəzi olan Şuşa şəhərində toplaşıb. Bilirsiz Şuşa şəhəri hər bir azərbaycanlı üçün müqəddəs bir məkan sayılır, çünki mənfur ermənilər əsirlər boyudur məhs Şuşanı, Şuşa qalasını zəpt etmək və Qarabağa sahiblənmək üçün bir dayaq istinad nökdəsi kimi məhs Şuşa şəhərini seçmişdir. Lakin mənfur ermənilərin bu arzusu onların gözlərində qaldı. Şuşa öz qədim tarixi ilə bizim milli dəyərlərimizi, bizim bütünlükdə özündə yaşadan coğrafi məkan kimi doğma şəhərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir və bu günləri dünya azərbaycanlılarının beşinci Qurultayının Şuşada keçrilməsi tarixi bir hadisədir. Bu yol heç də asan olmamışdır. Hələ 2001 – ci ildə dünya azərbaycanlılarının birinci Qurultayı keçrilərkən ümummilli liderimiz Heydər Əliyev məhs Qurultay nümayəndələrinə dünyanın dörd bir tərəfindən Bakı şəhərinə toplaşmış dünya azərərbaycanlırına müraciətində bildirdi ki, Qarabağı biz mütləq alacağıq! Cənab Prezidentimiz də elə bunu xatırlatdı və Cənab Prezidentin sevincini görmək, o sevinci yaşamaq bizim ücün də o anları yaşamaqdır. Prezidentimiz qeyd etdi ki, Heydər Əliyevin varisləri bu günləri Mədəniyyət şəhəri olan Şuşa şəhərində toplaşıblar. Bu sözün mənası da böyükdür. Çünki məhz dünya azərbaycanlılarının bir yerə yığan azərbaycançılıq məfkurəsi ilə bu gün dünya azərbaycanlılarını birləşdirən məhs Ulu Öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyev xarici ölkələrə səfəri zamanı səfər planının içərisində mütləq həmin ölkədə yaşayan azərbaycanlılarla görüş planı olardı. Onlarla görüşərək Azərbaycan həqiqətlərini onlara çatdırmaqla, onların vasitəsi ilə təşkilatlanaraq Qarabağ probleminin həllində bizim üçün o dəhşətli informasiya blokadasında məhs onların da böyük rolu olacağını qeyd eləmişdir. Bu gün heç də təsadüfü deyil ki, 44 günlük vətən savaşında məhs dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar Cənab Prezidentimizin o dəmir yumuruğu ətrafında birləşərək öz səslərini bütün dünyaya çatdırdılar və təbii ki, bizim bu gün ki, qələbəmiz də Azərbaycan Diasporasının da müstasna xidməti var. Biz gördük ki, onlar hər cür fiziki, mənəvi təziqlərə məruz qalaraq Azərbaycan həqiqətləri üçün Azərbaycanın haqq savaşında mücadilə göstərdilər və bu günləri biz elə mətbuatdan, televizyadan da görürük ki, Qurultaya gəlmiş azərbaycanlılar öz liderlərinə olan sevgi, hörmət, məhəbbət və ehtiramlarını necə ishar etdilər. Təbii ki, bu qürur verici haldır. Prezidentimiz cıxışında vurğuladıkı ki, Qarabağ məsələsi dünyada yaşayan bütün azrbaycanlıların məsələsi olmalıdır . İkinci çox vacib məsələni qeyd etdi ki, harada yaşayırsıza yaşayın öz ana dilinizi unutmayın! Ana dilinizi uşaqlarınıza öyrədin! Bunun üçün nə lazımdırsa Azərbaycan dövləti də tədbir görür. Məhz Azərbaycan dövlətinin, millətinin kimliyi, mənliyi, mənəviyyatı ana dilimizdə yaşayır. Cənab Prezidentimizin dünya azərbaycanlılarına heç olmasa ildə bir dəfə öz doğma vətənlərinə, evlərinə gəlməklərini də töfsiyə etdi. Beşinci qurultay öz fəaliyyətinin yeni istiqamətini , yeni xəritə planı üzrə müyyənləşdirəcək. Prezident vurğuladı ki, əgər düşmən yenə başını qaldırıb təxribat törətmək istəyərsə, dəmir yumruqla yenə başları əziləcək ! Qarabağ dünyaya Günəş kimi doğacaq!
 

-Cənab Prezident növbəti dəfə Qarabağa səfər elədi. Görülən işlərlə tanış oldu. Bu barədə fikirləriniz....

-Cənab Prezidentimiz Qurultaydan əvvəl Şuşa Şəhərinə səfər etmişdir Fizuli, Əhmədbəyli, Şuşa yolunda gedən inşa işləri ilə maraqlanmışdır. Bu xüsusi Qarabağın yol infrastrukturunda əlamətdar bir hadisədir , tarixi bir hadisədir. Çünki Azərbaycanın İsğaldan azad olunmuş torpaqlarında ən diqqət göstərməli məqamlardan biri elə yol infrastrukturunun yaradılmasıdır. Bu Azərbaycanın gələcəkdə həm də o bölgələrin təhlükəsizliyini təmin edən infrastrukdurdur. Bu da uğurla həyata keçirilir. Cənab prezident eyni zamanda Şuşa şəhərində gedən işlərlə, Şuşa şəhərinin inzibati binasının konfras zalının tikintisi ilə yaxından maraqlandı. Ümumiyyətlə qeyd edim ki, Prezidentimiz azad olunmuş torpaqlarımızda gedən abadlaşma və yenidənqurma işlərinə şəxsən özü nəzarət edir. Çünki işğaldan azad olunmuş torpaqlarımızı gələcəkdə dünyaya təqdim edəcəyimiz , ermənilərin viran qoydugu torpaqlarımızı dünyaynın cənnət guşələrinə çevrilməsini göstərməkdir. Azərbaycan həmişə qurucu, yaradıcı, sülh sevər öllkə olduğunu dünyaya sübut etməkdədir. Həm də eyni zamanda Azərbaycanın cənnət guşələri olan Qarabağ torpağlarımız böyük turizim imkanlarına malikdir. Bu bütün dünyada Azərbaycanı sevənləri bu gün azərbaycanlılarının beşinci qurultayında məhs Diaspora təşkilatının bu məlumatları dünyaya çatdırması nəticəsində gələcəkdə ölkəmizin həm də Qarabağımızı dünyanın ən gözəl cənnət guşələrindən ,turizim məkanlarından birinə çevrildiyini dünyaya sübut etməkdir və biz bunu edəcəyik !

-Yevlaxda Kür çayı üzərində olan körpünün təmiri ilə bağlı təklifələ çıxış etmişdiniz . Bununla bağlı nə yeniliklər var ?

-Mən Milli Məclisin plenar iclaslarında rayonumuzun bir cox problemlərini o cümlədən seçicilərimi narahat edən bəzi məsələlərini iclaslarda işıqlandırıb gündəmə gətirmişəm və bu mənim seçicilərim qarşısında vəzifə borcumdur. Rayonumuzun digər məsələlərindən biri Kür çayının üzərində olan, keçən əsrin 30 – cu illərində tikilmiş körpunun artıq yararsız vəziyyətdə olması həm də təhlükə mənbəyi olmasını qeyd etmişdim. Bununlada şəhərin iki hissəyə bölünmüş hissələrinii bir biri ilə birləşməsini, körpünün bərpası ilə məsafənin yaxınlaşmasını dövlətin nəzərə çatdırdım. Bu məsələ artıq öz həllini tapmışdır və cavablandırılmışdır. Artıq invesiya proqramına salınıb və bunun üçün artıq texniki qiymətləndirmə işləri aparılır.

-Siz həm də hakim partiyanın üzvüsüz .Partiyada təşkilatlanma yönündə atılan addimları necə dəyərləndirərdiz ?

-Təmsil etdiyim Yeni Azərbaycan Partiyası mən deyərdim regionun, Cənubi Qafqazın ən aparıcı partiyalarından biridir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günləri partiyanın sonuncu qurultayından sonra, partiyamızın sədri Cənab Prezidentimiz tərəfindən qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bütün gücü ilə çalışmasıdır. Burada əsas məsələ nədir? Partiya nizam – intizamı, partiyamızın müəyyən etdiyi idyalogiyası nəticəsində ölkənin inkişafında, ictimai siyasi inkişafıda yaxından iştirak etmək və bu hər bir partiya üzvünün borcudur və biz bunu edirik. Partiyanın yeni qurultayından sonra yeni üslubda, yeni istiqamətdə daha müassir yanaşma ilə təşkilatlanma işləri getdi və bu gün öz nəticəsini göstərir və biz mənsub olduğumuz siyasi partiyamızın məhz Azərbaycanın inkişafı üçün gördüyü işləri təbliğ edərək və onun fəal üzvü olaraq bunu vətəndaşlarımıza göstəririk. Həm əməli işlərimizlə həm də ölkə iqtidarında olan yeni Azərbaycan partiyasının bu istiqamətdə işlərini təbliğ edirik.

-İcbari sığortanın təbiqi ilə bağlı həyata keçrilən işləri necə qiymətləndirirsiniz ?

-Mən Yeni Azərbaycan partiyasının, cənab Prezidentimzin etimadı ilə artıq parlamentdə bir neçə dəfə təmsil olunuram, təmsil olduğum hər dövründə rayonumuz üçün vacib olan işlərin həll olunmasında yaxından iştirak edirəm. Yevlax rayon Uşaq Xəstəxanasının yenidən qurulub tikilməsi üçün təşəbbüslərlə çıxış etmişəm və Cənab prezidentin diqqəti, qayğısı ilə bu gün Yevlax rayonu regionda müassir tibbi avadanlıqlarla təchiz olunmuş ən yüksək tibbi xidmətlər göstərə bilən, tibb müəssələri bugün uğurla fəaliyyət götərir. Tibbi sığortanın heç təsadüfü deyil ki, pilot layihələr üçün ilk məkanlar Yevlax və Mingəçevir şəhərləri oldu. Yevlax rayonun da olan müassir tibb mərkəzləri imkan verdi ki, Azərbaycan üzrə tətbiq olan pilot layihəni uğurla həyata keçirdərək, bunu bütün Azərbaycan üzrə tətbiq olunmasında şərait yaradsın. Bu gün pilot layihəninin uğurla həyata keçirdiyi, insanlarımızın tibbi sığortatanın əl çatanlığı və rahat olmasıdır bu da Cənab Prezidentin sosial siyasətində ən vacib məqamlarından biridir və mən deyərdim əsasıdır. İnsan sağlamlığı, genafondumuzun qorunması dövlətimizin bütün iqtisadi gücünün və onun əsas fəlsəfəsi də məhs bundadır heç də təsadüfü deyildir ki, Cənab Prezidentimiz hər çıxışında qeyd edib ki , bizim hər bir uğurumuz Azərbaycan vətəndaşının rifahı naminə istiqamətlənib və tibbi sığorta bu gün uğurla davam edir. Bir mənalı şəkildə obyektiv və subyektiv səbəblərdən, yəni pandemiya dövrünə düşdüyünə görə bir qədər müəyyən məsələlərdə ləngimə oldu və buna baxmayaraq məhs tibbi sığortanın tətbiqi dövründə Azərbaycan səhiyyəsi pandemiyadan uğurla, alını açıq, üzü ağ çıxdı. Bu gün tibbi sığorta mülicə və müayinə paketlərinin sayını artırıb, artıq çox böyük sayda çox bahalı əməliyyatlarının, tibbi xidmətin göstərilməsi üçün yeni paket hazırlanıbdır və bütün bunları insanlarımız öz həyatlarında görürlər və bilirlər. Mən elə bu yaxında secicilərimlə görüş keçirərkən bir neçə insanın mənə yaxınlaşaraq ürək əməliyyatının, digər qarın boşluğunda olan əməliyyatları, o cümlədən ağır əməliyyatların həyata keçirməsindən mənə söhbət açdılar və qeyd etdilər ki, bunlar yüksək səviyyədə heç bir öddəniş etmədən tibbi sığorta ilə həyata keçrildiyini qeyd etdilər və məndən xahiş etdilər ki ,bu şəraiti bizlərə yaratdığı üçün Cənab Prezidentə təşəkkürümüzü çatdırın.

-Müsahibə üçün təşəkkür edirəm .
-Sağ olun .

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi muxbiri