Çənəsi qırılan qazinin son durumu AÇIQLANDI

Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Sabahinfo.az-a bildirib ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.

Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazının çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.