AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. Aparılmış müzakirələrdən sonra Birinci Divizionla bağlı bir sıra vacib qərarlar qəbul olunub.
Belə ki, Birinci Divizion üçün yeni limit müəyyənləşdirilib. Növbəti mövsümdən hər komandanın heyətində 5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu meydanda olmalıdır. Digər 6 nəfər yaş məhdudiyyəti olmadan iştirak edəcək. Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan yalnız 2-si legioner ola bilər.
Əvəzedici komandası Birinci Divizionda və qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klubların 2020/21 mövsümü üçün nəzərdə tutulan müvafiq cəriməsi COVİD-19 pandemiyası ilə əlaqədar ləğv olunub. Növbəti mövsümdə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150 min AZN cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min) AZN ödəniləcək.