Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çəçivəsində Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.
Qeyd edilib ki, görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması müzakirə edilib.
Xatırladaq ki,10 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.
Səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.